Pelosi Trampın Bayden üzərində qələbəsini "kabus ssenarisi" adlandırdı

DÜNYA
21:00 / 14.09.2023
446

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi bildirib ki, 2024-cü ildə keçiriləcək prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edir.

HİT.az bu barədə "The Hill"ə istinadən xəbər verir.

Onun fikrincə, keçmiş prezident Donald Trampın hazırkı dövlət başçısı Co Bayden üzərində mümkün qələbəsi dövləti fəlakətə aparacaq.

“Bu seçkidə demokratiyamızdan başqa heç nə təhlükə altında deyil. Bunu ölkə daxilində eşidirsiniz. Bütün dünyada eşidirsiniz. Biz demokratiyamızın güclü olduğuna dair bütün şübhələri aradan qaldırmalıyıq. Biz bu seçki ilə sübut etməliyik ki, bayrağımız hələ də dalğalanır, söz verdiyimiz kimi, hamı üçün azadlıq və ədalət var", deyə Pelosi bildirib.

O əlavə edib ki, Trampın hakimiyyətə gəlməsi “kabus ssenarisi” olacaq. Pelosi Nümayəndələr Palatasında aparılan araşdırmalar fonunda Baydenin impiçmentinin mümkünlüyünə inanmadığını vurğulayıb.

Samir

0