Rusiya nömrəli avtomobillər İtaliyaya daxil olarkən müsadirə edilməyəcək

DÜNYA
20:15 / 14.09.2023
472

İtaliya Rusiyadakı İtalyan Sahibkarlar Assosiasiyasının (GIM Unimpresa) prezidenti Vittorio Torrembini bildirib ki, İtaliya rusların ölkəyə daxil olduğu zaman onların avtomobillərini və şəxsi əşyalarını müsadirə etməyi planlaşdırmır. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, indi ölkə hakimiyyəti bu cür tədbirlərdən istifadə imkanını heç düşünmür.

“Mən istisna etmirəm ki, bəzi ölkələr bu qaydaya ciddi şəkildə baxacaqlar. Amma İtaliya qətiyyən etməyəcək”, deyə Torrembini “İzvestiya”ya müsahibəsində bildirib. 

Avropa Komissiyası ötən həftə bildirib ki, rusların şəxsi avtomobillərinin şəxsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsindən asılı olmayaraq, sanksiyalara görə onlara həbs qoyula bilər. Estoniya dünəndən, Latviyada isə sentyabrın 12-dən Rusiya nömrəli avtomobillərin ölkəyə girişinə qadağa qoyub. Finlandiya Rusiya avtomobillərini müsadirə etmək niyyətində deyil, Litva isə əksinə, bunu etmək niyyətindədir.

Aydın

0