Zelenski Trampı Ukrayna ilə bağlı sülh planını açıqlamağa çağırdı

DÜNYA
09:29 / 20.09.2023
459

Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ukraynada sülhə nail olmaq planını açıq şəkildə paylaşmağa çağırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Tramp daha əvvəl demişdi ki, Zelenski və Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoymaq üçün razılığa gələ bilər.

“O, indi öz fikrini açıq şəkildə paylaşa bilər, vaxt itirmədən, insanları itirmədən... “Mənim düsturum müharibəni dayandırmaq, bütün bu faciəyə son qoymaq və məqsədim Rusiya təcavüzünü dayandırmaqdır” deyə bilər”, deyən Zelenski bildirib ki, əks halda Tramp qlobal sülh ideyasını təmsil etməyəcək.

Onun sözlərinə görə, əgər keçmiş Amerika prezidentinin ideyası Ukrayna ərazilərinin bir hissəsini Rusiya Federasiyasına verməkdirsə, deməli, bu, sülh üçün formula deyil.

Samir

0