Almaniyanın ən böyük müxalifət partiyası olan mühafizəkar Xristian Demokrat İttifaqı (CDU) yeni təşviqat videosunda Berlin Bundestaqının binası əvəzinə Tiflisdəki prezident sarayının fotosunu yerləşdirib.
HİT.az bu barədə "Bild"ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, partiyanın səhvini mətbuat nümayəndələri və onun siyasi rəqibləri görüblər. "Bild" qeyd edir ki, xüsusilə Yaşıllar Partiyası XDİ-ni öz vəziyyətini bilməməkdə ittiham edib. Nəşr yazır ki, partiya səhvini etiraf edib və sonradan hətta bu mövzuda mem dərc edib.
XDİ uzun müddətdir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin 16 illik hakimiyyəti dövründə hakim partiya olub. O, 2018-ci ilə qədər partiyaya rəhbərlik edib. Merkel 2021-ci ildə böyük siyasətdən getməsinə baxmayaraq, hələ də partiyada qalır.
Samir