Məhkəmə üç dəfə cinayət yerindən pul oğurlayan polisin işdən çıxarılmasını qadağan etdi

DÜNYA
23:55 / 21.09.2023
726

Kanada məhkəməsi üç cinayət yerindən pul oğurlayan polis məmurunun işdən çıxarıla bilməyəcəyinə qərar verib.

HİT.Az "Complex"ə isiarən xəbər verir ki, Edmonton polis zabiti Devid Ahlstrom oğurluqla bağlı üç hadisədə iştirak edib. Müəyyən edilib ki, həmin şəxs 3 dəfə cinayət yerindən pul və başqalarının əmlakını oğurlayıb. Kanadalı cinayətini etiraf edib və məhkəmədə əməlindən peşman olduğunu bildirib.

Daxili auditin nəticələrinə əsasən, Devid xidmətdən uzaqlaşdırılıb. Lakin məhkəmə Ahlstromun işdən çıxarılmasını qadağan edib. Polis rəisi Deyl Makfi qərardan apellyasiya şikayəti versə də, rədd edilib.

“Hakim məni işdən çıxarmaq qərarının yanlış olduğunu müəyyən etdi. Bu, reallıqdır”, deyə Ahlstrom bildirib.

Samir

0