Estoniya NATO-da öz bölməsi ilə iştirak edən ilk ölkə olacaq. Bu bölmədə yalnız gəzən sursatlardan - kamikadze dronlardan istifadə ediləcək.
HİT.az xəbər verir ki, bu barədə "Defense One" yazır.
Estoniya Quru Qoşunlarının mayoru Andrey Şlaboviçin portala verdiyi məlumata görə, müvafiq planlar yaxın vaxtlarda həyata keçiriləcək.
Onun sözlərinə görə, o, PUA operatorlarından ibarət yeni bölmənin komandiri olacaq. Şlaboviç əlavə edib ki, Estoniya tərəfi İsrailin Mini-Harpi pilotsuz təyyarələrindən istifadə etməyə hazırlaşır.
"Defense One" qeyd edir ki, müvafiq pilotsuz təyyarələr Azərbaycan tərəfindən Qarabağ münaqişəsi zamanı istifadə edilib. Eyni zamanda portal vurğulayır ki, Estoniya da Ukraynadakı münaqişə kontekstində PUA-lardan istifadə təcrübəsini öyrənir.
Samir