Hatay əhalisi hansı partiyaya səs verəcək? - SORĞU

DÜNYA
18:10 / 25.09.2023
469

Türkiyədə siyasi partiyaların reytinqi ilə bağlı daha bir sorğu keçirilib.

HİT.az xəbər verir ki, sorğu ASAL Araşdırma Şirkəti tərəfindən aparılıb.

Hatayda keçirilən sorğuda vətəndaşlardan gələn il keçiriləcək bələdiyyə seçkilərdə hansı partiyaya səs verəcəkləri soruşulub. 

Respondentlərin 31,5 faizi hakim Ədalət və İnkişaf Partiyasına (AKP), 29,4 faizi Cümhuriyyət Xalq Partiyasına (CHP), 8,6 faizi isə Milliyətçi Hərəkat Partiyasına (MHP) səs verəcəyini deyib. 

Həmçinin, sorğuda iştirak edənlərin 7,3 faizi İYİ Partiya, 4,9 faizi Türkiyə İşçi Partiyası (TİP), 2,1 faizi Xalqların Demokratik Partiyası (HDP) cavabını verib. Onların 7,7 faizi isə qərarsız qalıb. Eyni zamanda, sorğuda iştirak edənlərin 6 faizi cavab verməyib.

Pərviz

0