Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena ərinin 2024-cü ildə mümkün prezident seçkilərində hansı şərtlərlə iştirak etməyəcəyini açıqlayıb.
HİT.az xəvər verir ki, bu barədə "Business Insider" yazıb.
Onun sözlərinə görə, Zelenskinin seçkilərdə iştirakı ilə bağlı qərar onun dövlət başçısı kimi ictimaiyyətə lazım olub-olmamasından asılıdır:
“Əgər o hiss etsə ki, Ukrayna ictimaiyyəti onu daha ölkə lideri kimi görmək istəmir, o zaman çox güman ki, namizədliyini irəli sürməyəcək”.
Bundan əlavə, Zelenskaya ərinin ilk prezident seçkilərində iştirak etmək qərarını tam dəstəkləmədiyini etiraf edib.
Ukraynada növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməlidir. Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak bəyan edib ki, Ukraynanın 2024-cü il büdcəsi layihəsində seçkilərlə bağlı xərclər nəzərdə tutulmayıb. Hazırda Ukraynada hərbi vəziyyətə görə seçkilər keçirilmir. Ukraynada hərbi vəziyyətin müddəti bir neçə dəfə uzadılıb.
Samir