Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis Çini Qara dəniz taxıl sazişinin bərpası üzərində işləməyə çağırıb.
HİT.Az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı-Çin yüksək səviyyəli iqtisadiyyat və ticarət dialoqunun 10-cu raundunun iclasında müvafiq bəyanatla çıxış edib.
Dombrovskis "Aİ və Çin borc yüklərinin azaldılması, ən zəif və ən yoxsul ölkələr üçün ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması, xüsusən də Qara Dəniz Taxıl Təşəbbüsünü geri qaytarmaqla əməkdaşlığı gücləndirməlidir", deyib.
O, həmçinin qeyd edib ki, Ukrayna münaqişəsi Avropa və qlobal makroiqtisadi perspektivləri çətinləşdirir. AK rəhbərinin birinci müavini qeyd edib ki, münaqişənin nəticələri istehlakçıların inamını sarsıdır, bu həm Çin, həm də Avropa ixracatçıları üçün pisdir: "Aİ hesab edir ki, Çin Avropada sülhün bərpasında əsas rol oynaya bilər".
Samir