Tramp NBC-ni “xalq düşməni” adlandırdı və araşdırma aparılmasını tələb etdi

DÜNYA
21:45 / 25.09.2023
373

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp "Comcast" və onun NBC kanalını "xalq düşməni” adlandıraraq, hadisələrin efirdə birtərəfli işıqlandırılmasının araşdırılmasını tələb edib. 

HİT.az xəbər verir ki, bu barədə o, "Truth" sosial sosial şəbəkəsində yazıb.

"Onların demək olar ki, hamısı vicdansız və korrupsionerdir, lakin "NBC News"da hadisələri birtərəfli və zərərli işıqlandırması ilə bağlı "Comcast"un xəyanəti araşdırılmalıdır", deyə ABŞ-ın sabiq prezidenti bildirib.

Tramp qeyd edib ki, NBC və digər korrupsioner şirkətlər demokratiya üçün təhlükə və əslində xalqın düşmənidir. Onun fikrincə, saxta xəbərlər yayan media ABŞ-a dəymiş ziyanı ödəməlidir.

Samir

0