AK-ın keçmiş rəhbəri: "ABŞ və Çin razılığa gəlməsə, sülh olmayacaq"

DÜNYA
22:40 / 25.09.2023
609

"Ukraynadakı münaqişənin həllinə yalnız Çin və ABŞ-ın iştirakı ilə nail olmaq olar". 

HİT.az xəbər verir ki, bu sözləri İtaliyanın keçmiş baş naziri və Avropa Komissiyasının (AK) keçmiş rəhbəri Romano Prodi deyib.

"Ya amerikalılar və çinlilər razılığa gələcəklər, ya da sülh olmayacaq", deyə o bildirib.

Prodi Pekin və Vaşinqton nümayəndələri arasında dialoqun qismən başladığını vurğulayıb. Eyni zamanda, bir gün əvvəl AK-nin keçmiş rəhbəri Ukrayna böhranının həllində BMT-nin vasitəçiliyinin olmamasını ciddi səhv adlandırıb.

Samir

0