Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Kiyev Trankarpat macarlarının hüquqlarını qaytarmayana qədər Budapeşt beynəlxalq forumlarda Ukraynanı dəstəkləməyəcək.
HİT.az “The Budapest Times”a istinadən xəbər verir ki, o, bu barədə Macarıstan parlamentinin iclasında bildirib.
Onun fikrincə, Ukrayna bir neçə ildir ki, macar məktəblərinə zülm edir və onları ukraynalı etmək istəyir:
"Biz Transkarpat macarlarının hüquqlarını təmin edən əvvəlki qanunlar geri qaytarılmayana qədər beynəlxalq aləmdə heç bir məsələdə Ukraynanı dəstəkləməyəcəyik".
Samir