Cənubi Koreya: "Şimali Koreya nüvə silahından istifadə edərsə, onun rejiminə son qoyulacaq"

DÜNYA
21:52 / 26.09.2023
341

Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın təxribatlarına cavab verəcəklərini bildirib.

HİT.az "Yonhap"a istinadən xəbər verir ki, Yoon Suk Yeol Cənubi Koreya Silahlı Qüvvələrinin 75-ci ildönümü münasibətilə paytaxt Seul yaxınlığındakı Seul Hava Bazasında keçirilən mərasimdə çıxış edib.

Şimali Koreyanın sanksiyalara baxmayaraq nüvə və raket potensialını artırdığını bildirən prezident bu ölkənin beynəlxalq ictimaiyyəti nüavə silahı ilə açıq şəkildə təhdid etdiyini bildirib.

Şimali Koreyanın təxribatlarının xalqlar üçün ekzistensial təhdid və dünya sülhü üçün ciddi bir çağırış olduğunu müdafiə edən Yoon Suk Yeol "Ordumuz Şimali Koreyanın istənilən təxribatına dərhal cavab verəcək. Şimali Koreya nüvə silahından istifadə edərsə, onun rejiminə Cənubi Koreya-ABŞ ittifaqının ağır cavabı son qoyulacaq", deyib.

O, ölkəsinin ABŞ və Yaponiya ilə əməkdaşlığı daha da gücləndirəcəyini və bu ölkələrlə sıx həmrəylik nümayiş etdirərək Pxenyana qarşı güclü mövqe tutacağını bəyan edib.

Samir

0