Baş nazir NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırdı

DÜNYA
10:22 / 27.09.2023
660

Estoniyanın baş naziri Kaya Kallas deyib ki, NATO dövlətləri Baltikyanı ölkələrdən nümunə götürərək, müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynadakı vəziyyətə görə bu gün təhlükə Soyuq Müharibə dövründəkindən daha böyükdür. 

“Mən bunu NATO səviyyəsində də təbliğ edirəm. 1988-ci ilə baxın, bütün NATO müttəfiqləri ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləmişdilər. Bəs niyə? Çünki təhlükənin ciddi olduğunu düşünürdülər. Bununla belə, indi təhlükə Soyuq Müharibə dövründəkindən daha böyükdür", deyə Kallas bildirib.

Qeyd edək ki, NATO müdafiə xərclərini artırmağı və bu sahəyə ÜDM-in ən azı 2%-ni xərcləməyi planlaşdırır.

Samir

0