Polşa Hunkanın soyqırımda iştirak edib-etmədiyini araşdırır

DÜNYA
12:43 / 27.09.2023
668

Polşanın Milli Xatirə İnstitutu (IPN) 14-cü SS “Qalisiya” diviziyasının (“1-ci Ukrayna diviziyası” kimi də tanınır) keçmiş SS əsgəri Yaroslav Hunkanı Volın və Qalisiyada polyakların soyqırımında iştirakını yoxlayır.

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Yaroslav Hunka haqqında məlumat alandan və onu Kanada parlamenti və prezident Volodimir Zelenski tərəfindən alqışlarla qarşılayandan dərhal sonra prokuror Huta Pyanetskayadakı cinayətlərə dair iş materiallarının cildlərini təhlil etməyə başlayıb", deyə IPN-nin mətbuat katibi Rafal Leşkeviç bildirib.

Huta Pyanetskayada dinc əhalinin qətliamı törədilən ən məşhur vəhşilik hadisələrindən biridir: kənddə yaşayan mindən çox insandan yalnız 50 nəfəri sağ qalıb. Belarus Xatındakı kütləvi edam kimi əhalinin demək olar ki, yarısı diri-diri yandırılıb və kəndin özü dağıdılıb. Bu qətliamda Yaroslav Hunkanın xidmət etdiyi 14-cü SS Diviziyası "Qalisiya" iştirak edib.

Leşkeviç deyib ki, İPN dinc əhalinin soyqırımı faktı üzrə açılmış onlarla cildlik cinayət işini təhlil edərək, Yaroslav Hunkanın özünün Huta Pyanetskayadakı qətliamda iştirak edib-etmədiyini müəyyən edəcək.

Samir

0