Çinin “Huawei” şirkəti simsiz rabitə sahəsində özünün ən son inkişafını - Wi-Fi və "Bluetooth"un üstünlüklərini birləşdirən "NearLink" texnologiyasını elan edib.
HİT.az xəbər verir ki, bu barədə ferra.ru portalı məlumat yayıb.
"NearLink" yüksək sürət və az enerji sərfiyyatı ilə qısa məsafələrə məlumat ötürməyə imkan verir. Şirkətin məlumatına görə, "NearLink" "Bluetooth"dan altı dəfə, gecikmə müddətində 30 dəfə sürətli və enerjiyə 60 dəfə qənaətcildir. Bundan əlavə, "NearLink" diapazonu iki dəfə və bağlantıların sayını 10 dəfə artırır.
"NearLink" texnologiyasını dəstəkləyən ilk məhsul avqustun sonunda təqdim edilən "Huawei Mate 60" flaqman smartfonu olub. Şirkət həmçinin "NearLink"i "HarmonyOS" əməliyyat sisteminə, "Huawei" və onun tərəfdaşlarının digər cihazlarına inteqrasiya etməyi planlaşdırır.
"Huawei" əksəriyyəti Çində yerləşən "NearLink" texnologiyasını inkişaf etdirmək və tətbiq etmək üçün 300-dən çox şirkətlə fəal əməkdaşlıq edir. Lakin "Intel", "Qualcomm", AMD və NVIDIA kimi böyük oyunçular hələ layihəyə qoşulmayıb.
Samir