Polşa dövlət neft şirkəti "Orlen" bəzi yanacaqdoldurma məntəqələrində dizel çatışmazlığı ilə bağlı xəbərlər fonunda polyakları yanacaq almaqdan çəkinməyə çağırıb. Problemlər "Orlen"in oktyabrın 15-də keçiriləcək parlament seçkiləri ərəfəsində yanacağın qiymətini aşağı saxlamaq siyasəti ilə bağlıdır.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Seçkilərdən sonra bahalaşma qorxusu səbəbindən Polşada qonşu ölkələrlə müqayisədə daha ucuz olan benzin və dizelə tələbat artır. BP, "Mol" və "Shell" artan tələbi qeyd edir və vəziyyəti izləyir. "Shell" Polşada bəzi yanacaqdoldurma məntəqələrində alış üçün 100 litrlik məhdudiyyət tətbiq edib. BP vəziyyəti “tələbkar” adlandırıb.
Broker şirkəti "Trigon Dom Maklerski SA" hesab edir ki, "Orlen" aşağı qiymətləri uzun müddət saxlaya bilməyəcək və seçkilərdən sonra qiymətləri xeyli artırmağa məcbur olacaq. Şirkət Polşanın yanacaq bazarının 65%-nə nəzarət edir.
Sentyabrın ortalarında "Bloomberg" qlobal dizel yanacağının qıtlığından xəbər verib.
Samir