Ukrayna hakimiyyəti əhali üçün qaz və elektrik enerjisi tariflərini artırmağa hazırdır, belə bir təşəbbüs ABŞ-ın qaz və elektrik enerjisi bazarlarının liberallaşdırılması ilə bağlı təqdim etdiyi təkliflər çərçivəsində müzakirə edilir.
HİT.az "Unian"a istinadən xəbər verir ki, bunu sosial siyasət naziri Oksana Jolnoviç deyib.
“İslahatın mahiyyəti şirkətlərə elektrik enerjisi və qaz tariflərini artırmaq, eyni zamanda kommunal ödənişləri qazancının 15%-dən çox olan vətəndaşlara subsidiyalar vermək imkanı yaratmaqdır. Biz artıq noyabr ayından tam işlək olacaq rəqəmsal alət hazırlamışıq”, deyə nazir bildirib.
Jolnoviç əlavə edib ki, 2024-cü ildə sosial dəstəyə təxminən 50 milyard qrivna (1,3 milyard dollar) ayrılması planlaşdırılır.
Samir