Sabiq baş nazirdən sürpriz addım: Media sektoruna keçdi

15:24 / 28.09.2023
433

Finlandiyanın sabiq baş naziri Sanna Marin karyerası ilə bağlı radikal qərar verib.

HİT.az xəbər verir ki, o, anidən media sektoruna keçib.

Bir çox "Hollivud" ulduzu ilə çalışan "Range Media Partners" şirkəti Sanna Marinlə müqavilə imzaladığını açıqlayıb. Onun televiziya, film, əyləncə və media sektoruna girmək üçün bu addımı atdığı bildirilib. Sabiq nazirin qərarı dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Sanna Marin 2019-cu ildə Finladiyanın baş naziri seçilmişdi. O, seçiləndə 34 yaşı var idi və dünyanın ən gənc baş naziri olmuşdu. S.Marin cari ilin aprel ayında keçirilən seçkilərdə məğlub oldu və hakimiyyətdən getdi.

Pərviz

0