Stoltenberq: "Ukraynanın təslim olması sülhə deyil, işğala səbəb olacaq"

DÜNYA
17:16 / 28.09.2023
619

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukraynanın təslim olması sülhə deyil, işğala səbəb olacaq. 

HİT.az xəbər verir ki, o, bu barədə Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Bu, nəyin bahasına olursa-olsun, heç də sülh olmayacaq”, deyə o vurğulayıb.

NATO rəhbərinin sözlərinə görə, Alyans Ukrayna liderinin sülh formulunu dəstəkləyir və Kiyevə “lazım olduğu müddətcə” yardım göstərmək niyyətindədir.

Qeyd edək ki, sentyabrın 28-də Stoltenberq Kiyevdə Zelenski ilə görüşüb.

Samir

0