"ABŞ, Yaponiya və Cənubi Koreya faktiki olaraq Şimali Atlantika Alyansının Asiya versiyasını yaratdılar".
HİT.az "Koreyanın səsi" radiosuna istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In Ali Xalq Məclisinin 9-cu sessiyasında çıxışı zamanı deyib.
Şimali Koreya liderinin sözlərinə görə, Vaşinqton Tokio və Seulla birlikdə “üçlü hərbi ittifaq” yaradıb. Nəticədə, Asiya-Sakit Okean regionunda NATO-nun meydana çıxıb.
Kim Çen In vurğulayıb ki, belə bir təşkilat "təcavüzün və hərbi münaqişələrin" başlanmasının əsas səbəbidir. Onun sözlərinə görə, adı çəkilən üç dövlət arasında əməkdaşlıq sülh üçün “ən böyük təhlükə”dir.
Həmçinin Kim Çen In çıxışında ABŞ və müttəfiqlərinin qərarlarının mənfi nəticələrinə diqqət çəkib. Onun fikrincə, Vaşinqton və onun xarici tərəfdaşlarının hərəkətləri növbəti Soyuq müharibənin yaranmasına gətirib çıxarır.
Kim Çen In əlavə edib ki, ABŞ dünyanın bütün ölkələri arasında ən böyük nüvə silahına sahibdir. Öz növbəsində, Şimali Koreya Amerika hakimiyyəti ilə uzun sürən qarşıdurma şəraitində özünümüdafiə naminə analoji silahların sahibi olub.
Samir