Gürcü əsilli "qanuni oğru" Sulxan Mjaviya (Jora Kutaisski) azadlığa çıxıb.
Hit.az-ın məlumatına görə, 27 il idi ki, cəza çəkirdi.
17 yaşında həbsxanaya düşən "qanuni oğru" soyğunçuluq, polisə müqavimət, oğurluq və başqa cinayətlərdə ittiham edilirdi.
Jora Kutaisski başqa bir gürcü əsilli qanuni oğru "Tariel Oniani"nin adamı hesab edilir. Onun kriminal aləmin yüksən statusuna layiq görülməsi Tariel Onianinin düşməni olmuş yezid əsilli "qanuni oğru" Aslan Usoyanın (Ded Xasan) yaxın qohumu Giya Sverdlovskiyə sui-qəsd etməsi ilə bağlıdır. Məhz bu olaydan sonra Jora "qanuni oğru" statusu alıb.
Anar