Çinin Ukraynadakı münaqişə ilə bağlı təklifləri var

DÜNYA
10:02 / 29.09.2023
558

Çinin “Taihe” analitik mərkəzinin tədqiqatçısı Vanq Zayban “RİA Novosti”yə bildirib ki, Pekinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukraynadakı münaqişə tərəflərinin mövqelərini və tələblərini öyrənib.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Çinin xüsusi nümayəndəsinin siyasi həll yolu təklif etmək imkanı var.

Daha əvvəl Çin Xalq Respublikasının sədr müavini Han Zenq bildirib ki, atəşkəs və sülh danışıqlarına başlanılması Ukrayna böhranının həllinin yeganə yoludur və Çin bu münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. O, həmçinin Çinin sülhün əldə edilməsində konstruktiv rol oynamağa davam etməyə hazır olduğunu vurğulayıb.

Han Zenq bu bəyanatları Nyu Yorkda BMT Baş Assambleyasında səsləndirib. O qeyd edib ki, kommunikasiya və dialoq münaqişə tərəfləri də daxil olmaqla, təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın mühüm vasitəsidir. Han Zenq bütün ölkələrdə təhlükəsizliyin bir-biri ilə əlaqəli olduğunu və bir-birinə təsir etdiyini də vurğulayıb.

Samir

0