"The Hill": "İran “həyəcanverici nüvə statusuna” çatıb" 

DÜNYA
23:19 / 29.09.2023
502

ABŞ İranı MAQATE müfəttişlərinin akkreditasiyasını ləğv etdiyinə görə sanksiyalarla hədələyib

"Qlobal birlik "faydasız yanaşmasını" düzəltməli və 8 MAQATE ekspertinin akkreditasiyasını ləğv etdiyinə görə Tehranı məsuliyyətə cəlb etməlidir". 

HİT.az xəbər verir k, bu barədə "The Hill" yazır.

Nəşr qeyd edir ki, İran “həyəcanverici nüvə statusuna” çatıb və indi 4 aydan az müddətdə 10 nüvə başlığı üçün material istehsal etməyə kifayət qədər zənginləşdirilmiş urana malikdir.

“İranın MAQATE-nin nüvə obyektlərinə çıxışını qadağan etmək və ya öz öhdəliklərindən “qaçmaq” qabiliyyəti hər gün daha da reallaşır”, materialda qeyd edilir.

Qəzet yazır ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin tərəfi kimi İran öz nüvə obyektlərində müntəzəm olaraq MAQATE-nin təftişinə məruz qalmalı və nüvə aktivlərinin nüvə silahı proqramına yönəldilməsinin qarşısını almaq üçün MAQATE ilə birlikdə işləməlidir. 

MAQATE-nin Rəhbərlər Şurasının üzvlərinin təşkilatın oktyabrın 2-də keçiriləcək növbəti iclasında İranı pisləmələri və Tehrana müfəttişləri bərpa etmək üçün son tarix təyin etmələri gözlənilir. Mətndə deyilir ki, bu baş verməsə, Qərb BMT-nin Tehrana qarşı sanksiyaları tətbiq etməlidir.

Samir

0