Türkiyə Geriatriya Dərnəyinin prezidenti və Hacettepe Universiteti (HÜ) Tibb Fakültəsi müəllimi Prof. Dr. Yeşim Gökçe Kutsal bildirib ki, 2050-ci ildə dünyada hər 6 nəfərdən birinin “qoca” olacağı təxmin edilir.
HİT.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, professor bunun səbəblərini alıqlayıb.
"Sistemli və struktur maneələr, ayrı-seçkilik yaradan qanunlar və siyasətlər, qeyri-adekvat maliyyələşdirmə, əlçatanlığın olmaması diqqət çəkir. Bütün bu mənfi amillərə görə yaşlı insanlar tez-tez işlərini, həyat standartlarını, təhsil imkanlarını, xidmətlərə və qaynaqlara əlçatanlılıq imkanlarını itirirlər. Bu, yaşlı insanların laqeydlik, sui-istifadə və ciddi sağlamlıq problemlərinə qarşı həssaslığının artmasına səbəb olur", deyə Yeşim Gökçe Kutsal bildirib.
Dünyada yaşlı əhalinin gündən-günə artdığını qeyd edən professor yaxın 30 ildə dünya üzrə yaşlı insanların sayının iki dəfədən çox artacağını və 2050-ci ildə təxminən 1,6 milyard nəfərə çatacağını deyib:
"Təhlillər qlobal 2050-ci ildə hər 6 nəfərdən birinin yaşlı əhali kütləsinin təşkil edəcəyini göstərir. Şimali Afrika və Qərbi Asiyada yaşlıların sayındakı artımın 226 faiz artımla 2019-cu ildəki 29 milyondan 2050-ci ildə 96 milyona çatacağı gözlənilir. İkinci ən sürətli artım 65 və yuxarı yaşlı əhalinin 2019-cu ildəki 32 milyondan 2018 faiz artımla 2050-ci ildə 101 milyona yüksələ biləcəyi Sahara Afrikası üçün proqnozlaşdırılır. Əvəzində, Avstraliya və Yeni Zelandiyada 84 faiz və əhalisi dünyanın digər bölgələrindən önəmli öçüdə daha yaşlı olan Avropa və Şimali Amerikada 48 faiz nisbətən daha az olması gözlənilir".
Samir