Polşanın baş naziri Almaniyanın Rusiya ilə əlaqəsi barədə Ukraynaya xəbərdarlıq edib

DÜNYA
13:42 / 02.10.2023
570

"Ukrayna hakimiyyəti Almaniya ilə daha sıx tərəfdaşlıq gözləyir, lakin almanlar həmişə ruslarla anlaşmaya nail olmaq istəyəcəklər".

HİT.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravitski bildirib. 

O xatırladıb ki, bir neçə milyon ukraynalı qaçqını qəbul edən və Ukraynaya ən çox kömək edən Polşa olub, halbuki Berlin mühasirəyə alınmış Kiyevə 5 min dəbilqə göndərməyi planlaşdırırdı.

“Başa düşürəm ki, onlar indi Almaniya ilə sıx ittifaq quracağını düşünür. Sizi xəbərdar edirəm, almanlar həmişə Mərkəzi Avropa dövlətlərinin başçıları üzərində ruslarla qarşılıqlı anlaşmaya nail olmaq istəyəcəklər... Bunu unutmaq olmaz, prezident Zelenski”, deyə Moravyeçki bildirib.

Polşa ilə Ukrayna arasında münasibətlər Avropa Komissiyasının sentyabrın 15-də Ukrayna taxılının tədarükünə embarqonun müddətini uzatmamasından sonra pisləşib. Macarıstan, Polşa və Slovakiya Ukrayna taxılının idxalını milli səviyyədə məhdudlaşdırıb. Ukrayna bunu Ümumdünya Ticarət Təşkilatının standartlarının pozulması hesab edib. Polşa prezidenti Anjey Duda deyib ki, Ukrayna özünü suda boğulan adam kimi aparır, ona kömək etməyə çalışanları sürükləyə bilir.

Son il yarım ərzində Almaniyadan Ukraynaya yardımın ümumi məbləği təxminən 22 milyard avroya çatıb. Almaniya kansleri Olaf Şolts sentyabrda bildirib ki, Berlin döyüşlər dayanana qədər Kiyevi dəstəkləyəcək. 

Samir

0