Türkiyə nəhəngi "Qalatasaray" sabah Çempionlar Liqasında İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
HİT.az xəbər verir ki, "Cim-Bom"un hədəfi Mançester klubunu məğlub etməkdir.
"Sarı-qırmızılılar" buna nail olsa bir ilk yaşanacaq. Belə ki, daha öncə İstanbulun "Fənərbağça" və "Beşiktaş" klubu İngiltərə nəhəngini səfərdə məğlub etsə də, "Qalatasaray" indiyə kimi bunu bacarmayıb. "Cim-Bom" qalib gələrsə, Okan Buruk "sarı-qırmızılılar"da bunu bacaran ilk baş məşqçi kimi tarixə düşəcək.
Gənc mütəxəssis özü daha öncə "Başakşəhər"də çalışdığı zaman ingilis klubuna rəqib olub. Onun komandası İstanbulda "Mançester Yunayted"i 2-1 məğlub etsə də, səfərdə 4-1 məğlub olmuşdu.
Qeyd edək ki, "Qalatasaray" sabah saat 23:00'da səfərdə "Mançester Yunayted" ilə qarşılaşacaq.
Pərviz