Dünyanın hər yerində yaşadıqları ölkənin və cəmiyyətin standartlarından razı olmayan insanlar müxtəlif səbəblərdən təkbaşına və ya ailələri ilə fərqli ölkələrə yollanır.
Təbii ki, bu vəziyyətin mütləq daimi köç olması şərt deyil. Siz karyeranızı təkmilləşdirmək, həyat təcrübəsi qazanmaq və ya başqa səbəblərdən dolayı qısa müddətə də olsa xaricdə yaşamaq istəyə bilərsiniz.
Bəs hansı ölkələr həyat şəraitimizi yüksəltmək üçün əlverişli sayıla bilər?
Bu dəfəki yazımızda həmin ölkələri təqdim edəcəyik.
Bu dünyanın ən xoşbəxt 3-cü ölkəsi olan Norveç bir çox sahədə iş imkanları təklif edən ölkədir.
Balıqçılıq, qida, nəqliyyat, təmizlik və proqram təminatı sektorları Norveçi fəhlə, mühəndis və ya menecer kimi işləmək istəyənlər üçün cəlbedici ölkə edir.
Norveç pulsuz səhiyyə xidmətləri, aşağı işsizlik nisbətləri və adambaşına düşən 81 min dollar gəliri ilə Avropanın ən yaşana bilən ölkələrindən biridir.
Ölkədə əcnəbi işçilərə qarşı haqsızlıqların qarşısını almaq üçün hər bir sektor üçün ayrıca minimum əmək haqqı müəyyən edilib.
Norveçdə ən çox qazanılan orta əmək haqqı ayda 30.000 NOK təşkil edir. Bu isə təxminən 3500 dollardır. Avropanın ən yüksək göstəriciləri arasındadır.
Bu siyahıda digər yeri Almaniya tutur. İllərdir ölkə əcnəbi işçilər üçün əlverişli mərkəz olub. Dünyanın hər yerindən bir çox tələbə, xüsusən də mühəndislik və farmakologiya sahələri üzrə tələbələr Almaniyanı iş imkanlarına görə seçirlər. Dünyanın bir çox mühüm mühəndislik və avtomobil şirkətləri, eləcə də aparıcı əczaçılıq şirkətləri Almaniyada yerləşir.
Burada yeni məzun olmuş mühəndisin orta illik qazancı 65 min avrodur. Bu, ayda 5500 avroya bərabərdir.
Həmçinin, proqram təminatı və İT sektorlarında da Almaniya ABŞ və Kanadanı geridə qoyur.
Kanada dünyada ən çox əmək miqrasiyasını qəbul edən ölkələrdən biridir. Burada rifah səviyyəsi kifayət qədər yüksəkdir. Ölkədə hansısa universitetdə oxumaq, orada iş tapmaq, hətta vətəndaşlıq almaq da rahatdır.
Səhiyyə, mühəndislik və proqram təminatı sektorları inkişaf edən sahələr arasındadır.
minimum əmək haqqı əyalətdən əyalətə dəyişir. Ən aşağı minimum əmək haqqı saatda 11,65 dollar, ən yüksək minimum əmək haqqı isə saatda 15 dollardır. Adambaşına düşən milli gəlirin 46 min dollar civarında olduğu Kanada dünyanın ən xoşbəxt ölkələri arasında 9-cu yerdədir.
Kanada immiqrasiya müraciətlərinin qəbuluna gəldikdə dünyada ən çox üstünlük verilən ölkələrdən biridir. Sadəcə bu iş üçün yaradılmış bir çox immiqrasiya şirkətləri var.
İsveç də həyat keyfiyyəti, rifah səviyyəsi və dünyanın aparıcı sosial dövlətlərindən biri olmaqla işləmək üçün ən ideal ölkələrdən biridir.
Ölkə dünyanın ən xoşbəxt ölkələri arasında 7-ci yerdədir və ölkədə adambaşına düşən milli gəlir 53 min dollar civarındadır. Minimum əmək haqqı ayda 2 min 500 avroya kimi yüksəlir.
İsveçdə iş sahəsində böyük rol oynayan beynəlxalq şirkətlərdir. IKEA, Skype, Spotify, Ericsson, H&M, Paradox Interactive bu şirkətlərdən bəziləridir. Moda, dizaynerlik, mühəndislik və ya proqram təminatı kimi işlə məşğul olsanız, bu şirkətlərdə iş tapmaq imkanınız var.
Universitet təhsilinizi İsveçdə başa vursanız, bu daha asan olacaq.
Yeri gəlmişkən, onu da qeyd edək ki, İsveç dünyada qadın işçilər üçün ən inkişaf etmiş hüquqlara malik ölkələrdən biridir.
*Avstriya həm işçilərin maaşları, həm də təqdim etdiyi sosial imkanlarla işləmək üçün cəlbedici ölkələrdən biridir.
Ölkədə minimum əmək haqqı 1500 avro olsa da, il boyu verilən bonuslarla bu maaş ayda orta hesabla 2000 avroya çata bilər.
Ölkədə xüsusilə tikinti
sənayesində çalışanlar üçün çoxlu iş imkanları var. İşçilərin maaşları təcrübədən asılı olaraq 1500 avro ilə 3000 avro arasında olsa da, mühəndisin maaşı 4000 avroya qədər ola bilər.
Ölkədə işləmək üçün digər ideal sektorlar turizm
və qida sektorlarıdır.
Dünyada ən xoşbəxt ölkələri arasında 10-cu yerdə olan Avstriyada adambaşına düşən milli gəlir 51 min dollar civarındadır.
*Xüsusilə bankları ilə məşhur olan İsveçrə bank sektorunda işləmək istəyənlər üçün cəlbedici ölkədir.
İxtisaslı və təchiz olunmuş işçiləri işə götürməyə diqqət yetirən İsveçrənin yaxın 10 ildə təxminən 500 min əcnəbi işçini işə götürəcəyi proqnozlaşdırılır.
Xüsusilə vergi məsləhətçisi və auditor kimi peşələrdə işçi çatışmazlığı var. Elektrik enerjisi, maşınqayırma və tikinti sahələrində texniki kadr çatışmazlığı da diqqət çəkir.
İşçi hüquqlarının inkişaf etdiyi ölkədə adambaşına düşən milli gəlir 82 min dollar civarındadır. İsveçrə dünyanın ən xoşbəxt ölkələri siyahısında 6-cı yerdədir .
Aynur Əli