Prezident Co Bayden ABŞ-ı dünyanın "əsas dövləti adlandırıb" və Nümayəndələr Palatasının Respublikaçı üzvlərini Ukraynaya yardımı təsdiqləməyə çağırıb.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti və respublikaçı çoxluq öz sözünü tutmalı və Ukraynaya kömək üçün lazım olan dəstəyin təsdiqini təmin etməlidir.
Əvvəllər bildirilirdi ki, ABŞ-ın Ukraynaya kömək etmək üçün müəyyən vəsaiti var, hətta Ağ Evin rəhbəri Co Bayden tərəfindən imzalanmış və Kiyevin maliyyələşdirilməsini nəzərdə tutmayan qanuna baxmayaraq, bu pul qısa müddət ərzində kifayət edəcək. Bu barədə Amerikanın “The Wall Street Journal” nəşri Pentaqon rəsmilərinə istinadən məlumat yayıb.
Rəsmilər qeyd edir ki, Kiyevə yardım paketləri adətən hər iki həftədən bir gəlir. Lakin Konqresin əlavə vəsaiti nə vaxt təsdiq edəcəyini bilmədən Pentaqon öz təchizatını artırmaq məqsədilə pula qənaət etmək üçün yeni avadanlıqların müntəzəm tranşlarını verməyə davam etməkdən çəkinə bilər.
Samir