"Macarıstanın Ukrayna ilə bağlı mövqeyini dəyişəcək"

DÜNYA
20:11 / 03.10.2023
375

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsitututun inteqrasiya hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin etiraf edib ki, Macarıstan Avropa Komissiyasının Ukraynaya yardımla bağlı mövqeyini qəbul edəcək. 

HİT.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Bildirilir ki, Budapeşt Ukraynaya daha çox kömək etməyə başlayanda, AK Macarıstana 13 milyard avro ayıracaq. Topornin əmindir ki, Macarıstan şərtləri qəbul edəcək:

“Siz düşünməməlisiniz ki, Macarıstanın bu münaqişə ilə bağlı son dərəcə prinsipial mövqeyi var. Lakin mövqeyini dəyişəcək" 

Topornin əlavə ediob ki, Zakarpatiyada macar azlığının vəziyyətindən macarların şikayətləri var idi:

“Geniş diapazonlu diplomatik və siyasi sövdələşmə gedir. Prinsipial mövqe yaxşıdır, amma biz həm də iqtisadiyyatı irəli aparmalıyıq”.

O, Macarıstanın Aİ siyasətlərini dəstəkləməsinin xarici siyasət qərarlarında mühüm rol oynadığına da diqqət çəkib.

Samir

0