AP üzvü Avropa İttifaqına etiraz etdi: "Bu qədər kifayətdir"

DÜNYA
20:45 / 03.10.2023
400

Polşanın Hüquq və Ədalət Partiyasından olan Avropa Parlamentinin (AP) üzvü, Polşanın keçmiş baş naziri Beata Şidlo “sol-liberal çılğınlığı” dayandırmaq üçün AP-də qüvvələr balansının dəyişdirilməsinin zəruriliyini bəyan edib. 

HİT.az xəbər verir ki, o, bu barədə "Polskie Radio"da məlumat verib.

Onun sözlərinə görə, solçu qüvvələr miqrasiyadan tutmuş iqlim və enerji siyasətlərinə qədər Avropaya öz baxışlarını tətbiq edirlər:

“Onlar göstərməyə davam edirlər ki, bu, ilk növbədə, Avropaya öz baxışlarını tətbiq etmək, Avropanın üzərində qurulduğu dəyərləri məhv etmək istəyən müəyyən bir nüfuzlu liberal-sol elita qrupunun biznes layihəsidir. Deməyin vaxtı gəldi: bu qədər kifayətdir".

Bundan əvvəl Polşanın baş prokuroru və ədliyyə naziri Zbiqnev Ziobro Avropa İttifaqına gələcək ekoloji planlarını iqlim dəliliyi kimi qiymətləndirmişdi:

"Biz Avropa İttifaqının təşviq etdiyi iqlim çılğınlığına tab gətirə bilmərik, Onlar daxili yanma mühərrikləri olan, benzinlə işləyən avtomobilləri ləğv etmək istəyirlər".

Samir

0