Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Avropada müdafiə sənayesi ilə bağlı problemləri açıqlayıb
Niderland müdafiə naziri rəhbəri Kaysa Ollonqren bildirib ki, Avropa Ukraynaya silah tədarükü fonunda müdafiə sənayesinin istehsalını artırmağa məcburdur.
HİT.az "De Telegraaf"a istinadən xəbər verir ki, o, bu barədə Varşava forumunda bildirib.
“Eyni şey Amerikanın müdafiə sənayesi üçün də keçərlidir. Üzərində işləməli olduğumuz çoxlu məsələlər var”, deyə MN rəhbəri bildirib.
Eyni zamanda o, Avropa ölkələrini Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb.
Ollonqren daha əvvəl bəyan etmişdi ki, ölkə 2024-cü ildə ilk F-16 qırıcılarını Ukraynaya göndərmək istəyir. Onun sözlərinə görə, pilot hazırlığı təxminən 6-8 ay çəkəcək.
Samir