Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) hesabatına əsasən, avrozonada daşınmaz əmlak 2014-cü ildən bəri ilk dəfə olaraq 1,1% ucuzlaşıb.
HİT.az xəbər verir ki, 2023-cü ilin ikinci rübündə Aİ-nin 9 ölkəsində mənzil qiymətləri enib. Daşınmaz əmlak qiymətləri ən çox Almaniyada - 9,9% ucuzlaşıb. Sonrakı yerdə 7,6% qiymət azalması ilə Danimarka və 6,8% ilə İsveç gəlir.
Eyni zamanda, Aİ-nin 17 ölkəsində mənzil qiymətləri artıb. Daşınmaz əmlak qiymətlərində ən çox artım Xorvatiya (+13,7%), Bolqarıstan (+10,7%) və Litvada (+9,4%) müşahidə olunub.
Samir