"Avropa qazın əhəmiyyətli bir hissəsini spot qiymətlərə bağlamaqla böyük səhv etdi".
HİT.az xəbər verir ki, bunu “TotalEnergies”in rəhbəri Patrik Puyannen bildirib.
Onun sözlərinə görə, asiyalı alıcılar neftlə bağlı uzunmüddətli müqavilələrə üstünlük versələr də, Avropa yerində etibar edib və bu, qiymətlərin artmasına səbəb olub. Puyannen qeyd edib ki, Avropada yüksək qaz qiymətləri səbəbindən LNG-nin bir hissəsi oraya Asiyadan axır və bu, kömür istehlakını artırmağa məcbur edir. Eyni zamanda, Asiyada alıcılar LNG ilə bağlı daha ehtiyatlı davranıb və neft qiymətləri ilə bağlı yeni uzunmüddətli müqavilələr bağlamaq istəyirlər.
"TotalEnergies" rəhbərinin sözlərinə görə, qazın qiymətini sabitləşdirməyin yeganə yolu uzunmüddətli müqavilələr və spot ticarətin birləşməsidir. O, ümid etdiyini bildirib ki, ABŞ-da yeni LNG layihələri işə salınmayacaq. Puyannen misal kimi 2010-cu ildəki vəziyyəti göstərib:
“Biz səhv etdik, çünki Qətərdə 77 milyon ton LNG istehsal edirdik və alıcının ABŞ olması lazım idi. Biz ABŞ-da çoxlu LNG terminalları tikdik və qısa müddətdə şist qazı onu məhv etdi. İndi ABŞ-da LNG-yə ehtiyac var".
Samir