İki partiya anlaşdı: Yeni ittifaq quruldu

DÜNYA
19:15 / 03.10.2023
576

Türkiyədə növbəti il keçiriləcək bələdiyyə seçkiləri öncəsi sürpriz addımlar atılmağa davam edir.

HİT.az xəbər verir ki, Gələcək Partiyası və Səadət Partiyası arasında yeni ittifaq qurulub.

Onlar, martın 31-də keçiriləcək seçkilərə birlikdə qatılmağa qərar veriblər. 

Bu barədə Gələcək Partiyasının sədr müavini Səlçuk Özdağ açıqlama verib. O, "Cümhuriyyət TV"-də qatıldığı bir proqramda seçkilərdə Səadət Partiyası ilə işbirliyi edəcəklərini deyib:

"Gələcək Partiyası parlamentdə birlikdə qrup qurduğu Səadət Partiyası ilə bələdiyyə seçkilərinə girəcək. Səadət Partiyasının güclü olduğu yerlərdə onların listələrilə, Gələcək Partiyasının güclü olduğu yerlərdə bizim listələrlə mübarizə aparacağıq. Səadət Partiyasının namizəd çıxardığı yerdə biz namizəd göstərməyəcəyik. Bizim namizəd göstərdiyimiz yerlərdə isə onlar namizəd çıxarmayacaqlar. Beləliklə, bələdiyyə seçkilərinə birlikdə hazırlaşacağıq".

Pərviz

0