Baş nazirdən Serbiyaya təklif: Ya Aİ-ni seç, ya Rusiyanı!

DÜNYA
18:58 / 04.10.2023
432

Bolqarıstanın baş naziri Nikolay Denkov bildirib ki, Serbiya ölkənin dünya səhnəsində kimi dəstəkləyəcəyi - Rusiya və ya Avropa İttifaqı (Aİ) barədə seçimi etməlidir. 

HİT.az xəbər verir ki, baş nazir bunu Kosovonun şimalında vəziyyətin pisləşməsi fonunda “Der Standard” qəzetinə müsahibəsində deyib.

“Serbiya bir neçə stulda oturmağa çalışır. Ancaq hamı başa düşür ki, bu uzun müddət davam edə bilməz. Əgər rusiyapərəst olmaq istəyirsə, qoy bunu özü müəyyən etsin. Əgər o, avropapərəst olmaq istəyirsə, bu başqa variant olacaq. Serbiya buna özü qərar verməlidir”, deyə Denkov bildirib.

O, Kosovo və Serbiya münasibətlərində “hər ansı bir hadisənin ilkin gözlənildiyindən daha ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib və son dərəcə ehtiyatlı davranmağa çağırıb. Denkovun fikrincə, Balkanlar "Avropanın barut çəlləyi"dir.

Samir

0