Deputat Simonyanın üzr istəməsini tələb etdi

DÜNYA
15:48 / 04.10.2023
730

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mariya Prusakova bildirib ki,  "Russia Today”ın (RT) baş redaktoru Marqarita Simonyan Sibirdə nüvə partlayışı ilə bağlı dediyi sözlərə görə üzr istəməlidir. 

HİT.az xəbər verir ki, deputat bu barədə "Telegram"da videomüraciət yayzıb.

"Siz, heç olmasa, bütün Sibir sakinlərindən və xüsusən də bu gün, son bir neçə onillikdə Semipalatinsk poliqonunda sınaqlardan əziyyət çəkənlərdən üzr istəməlisiniz", deyə deputat bildirib.

Prusakovanın sözlərinə görə, sibirlilər Simonyanın Sibir üzərində termonüvə partlayışı ilə bağlı fərziyyəsini dərin təhqir kimi qəbul ediblər.

Simonyan "YouTube"dakı proqramında bütün dünyada elektronikanı sıradan çıxarmaq və bununla da Qərbdən qisas almaq üçün Rusiya Federasiyasının ərazisində - Sibirdə texnogen nüvə fəlakəti təşkil etməyi təklif edib. 

Samir

0