Qərb dövlətləri Ukraynaya tədarük üçün nəzərdə tutulan silah ehtiyatlarını demək olar ki, tükəndiriblər.
HİT.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
Admiralın sözlərinə görə, Ukrayna münaqişəsi başlamazdan 7 il əvvəl Alyans ölkələri hərbi sektorun maliyyələşdirilməsini artırmağa başlayıb. Lakin bu sahədə istehsal gücü artmayıb.
“Biz Ukraynaya silah və sursat göndəririk, lakin anbarlarımız dolu deyil. Avropada yarıboş anbarlardan tədarüklərə başladıq. İndi quyunun dibi artıq görünür", deyə Bauer bildirib.
Bununla bağlı o, ABŞ və müttəfiqlərini hərbi texnikanın istehsalını artırmaq üçün tədbirlər görməyə çağırıb. Bundan əlavə, admiral döyüş bölgəsinə davamlı silah tədarükü nəzərə alınmaqla Qərb ölkələrinin iqtisadiyyatının modernləşdirilməsinin zəruriliyini qeyd edib.
Samir