Bilirsiniz ki, son zamanlar ölkəmizdə soyuqdəyməyə yoluxanların sayı artıb. Xüsusilə, soyuqdəymə zamanı istifadə olunan bəhməz tərkibindəki dəmir və kalsium sayəsində sümük inkişafını təmin edir və qan azlığına yaxşı gəlir.
Hit.az-ın məlumatına görə, bədənin hərarət tarazlığını qoruyan bəhməz antioksidant təsiri sayəsində immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı qoruyur.
Lakin bəhməzdəki şəkər qanla tez qarışdığından, diabet xəstələrinin çox istehlak etməmələri tövsiyə olunur. Ancaq bu, tərkibindəki yüksək miqdarda minerala görə hamilə qadınların qida rasionuna daxil edilməli bir qidadır.
Bundan əlavə, bəhməz sızanaq və digər dəri xəstəliklərinin müalicəsində köməkçi qida kimi də istifadə olunur. Tərkibindəki kalium sayəsində təzyiqi tarazlaşdırır. Böyüklərin gündə 1-2 xörək qaşığı, uşaqların isə 1-2 çay qaşığı bəhməzdən istifadə etməsi tövsiyə olunur.
Bəhməz azyaşlı uşaqların, xüsusən də kökəlməyi bacarmayanların, iştahsızlıq və halsızlıqdan şikayət edənlərin qida rasionuna daxil edilməlidir.
Bəhməz həmçinin, B (B1, B2, B3) vitaminləri və kalsium, kalium, maqnezium, xrom və dəmir zənginliyi ilə yüksək vitamin və mineral mənbəyidir.
Aynur Əli