Avropanın nə vaxt enerji ilə özünü təmin edəcəyi açıqlandı

DÜNYA
22:09 / 05.10.2023
445

Avropa sənayeyə 2 trilyon avro sərmayə cəlb etməklə 2040-cı ilə qədər enerjidən müstəqil ola və qalıq yanacaqlardan istifadəni dayandıra bilər. 

HİT.az xəbər verir ki, bu barədə Potsdam İqlim Dəyişiklikləri Tədqiqatları İnstitutunun araşdırmasına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin hesablamalarına görə, Avropa 2030-cu ilə qədər günəş, külək və digər bərpa olunan enerji mənbələrinə hər il 140 milyard avro sərmayə qoymalıdır. Daha sonra 2040-cı ilə qədər xarici enerji resurslarından tam müstəqilliyə nail olmaq üçün hər il 100 milyard avro vəsaitin ayrılması lazım gələcək.

Bundan əlavə, araşdırmada qeyd olunur ki, əsas səylər külək enerjisinin inkişafına yönəldilməlidir. Eyni zamanda, "Reuters" qeyd edir ki, günəş, hidrogen və geotermal kimi digər bərpa olunan mənbələr Avropa ölkələrinin elektrik enerjisinə olan ehtiyaclarını ödəmək üçün strategiyanın əlavə elementləri olacaq.

“Unutmamaq lazımdır ki, Avropa ölkələri ötən il istehlakçıları Ukrayna münaqişəsinin səbəb olduğu enerji böhranının nəticələrindən qorumaq üçün artıq 792 milyard avro xərcləyiblər”, deyə nəşr yazır.

Samir

0