Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Suriya və İraqda əməliyyatlar aparmaq səlahiyyətlərinin iki il müddətinə uzadılmasına dair mandatı parlamentin təsdiqinə təqdim edib.
HİT.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ordunun iki dövlətin ərazisində fəaliyyət göstərmək üçün hazırkı səlahiyyətləri oktyabrın 29-da başa çatır. Ərdoğan Türkiyə parlamentindən onların iki il müddətinə uzadılmasını istəyib.
Sənədin mətnində vurğulanır ki, mandatın uzadılması separatçı hərəkatlara, eləcə də Türkiyənin milli təhlükəsizliyinə qarşı hər cür təhdidlərə qarşı beynəlxalq hüquq çərçivəsində tədbirlərin görülməsi üçün zəruridir. Həmçinin İraq və Suriyada fəaliyyət göstərən terror təşkilatlarının Türkiyə tərəfinə hücumlarının qarşısını almaq üçün səlahiyyətlərin uzadılması lazımdır.
Samir