"Ukraynadakı münaqişə Kiyevin Avropaya inteqrasiya ambisiyalarını dəstəkləməkdə rol oynayıb".
HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell deyib.
RNE-yə müsahibəsində o qeyd edib ki, əgər müharibə olmasaydı, Ukrayna tərəfi ittifaqa giriş üçün namizəd statusu ala bilməzdi.
“Ukraynaya deyəndə ki, biz onu namizəd ölkə hesab edirik və onun namizədlikdən üzvlüyə keçid üçün lazımi şərtləri yerinə yetirməsi üçün əlimizdən gələni edəcəyik, bu, ciddi siyasi öhdəlikdir, bunlar boş sözlər deyil. Şübhəsiz ki, onlara qarşıdurma olduğu üçün deyilirdi və o olmasaydı, biz bunu deməzdik, biz bu öhdəliyi götürməzdik, amma biz bunu etdik”, deyə Borrell bildirib.
Samir