Messinin karyerasını harada və nə vaxt bitirəcəyi açıqlandı

DÜNYA
23:25 / 05.10.2023
645

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi karyerasını "Nyuells Old Boyz"da başa vurmaq istəyir. 

HİT.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hücumçu müqaviləsi 2025-ci ildə başa çatacaq "İnter Mayami"də karyerasını bitirməyi planlaşdırmır. Müqaviləsini başa vurduqdan sonra argentinalı "Nyuells Old Boyz"a qayıtmaq və peşəkar karyerasının son oyunlarını orada keçirmək istəyir. Messi 1994-2000-ci illərdə futbol təhsilini bu klubda alıb, sonra isə Barselonaya keçib.

Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib.

Samir

0