Zelenski Avropanı müstəqilliyə çağırdı

DÜNYA
09:57 / 06.10.2023
394

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-da baş verən “siyasi tornado” fonunda Avropanın daha müstəqil olmasını və Ukrayna ordusuna kömək etməsini istəyib.

HİT.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

“Dünyanın digər yerlərində nə olursa olsun, tərəfdaşlarımız hansı siyasi tornadolarla üzləşirsə üzləşsin, Avropa güclü olmalıdır. İndi Avropa Amerikadakı hadisələri izləyir, siyasi fırtına getdikcə güclənir”, deyə Zelenski bildirib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Avropanın öz güc potensialı var, ona görə də qitə ölkələrinin “fırtına”nı gözləməyə ehtiyacı yoxdur.

Oktyabrın 6-da “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardımı davam etdirmək üçün Dövlət Departamentinin qrant proqramından istifadə etmək imkanını nəzərdən keçirir. Bundan əvvəl ABŞ-ın hərbi sözçüsü Patrik Rayder bildirib ki, Pentaqonun Ukrayna ilə bağlı xərcləmələri üçün 7 milyard dollar qalıb.

Samir

0