Vaşinqton Kiyevə ATACMS taktiki raketlərini tədarük edəcəyini elan etsə, Berlin Ukraynaya uzaqmənzilli “Taurus” raketləri göndərə bilər.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmermana istinadən yazır.
"Olaf Şolts çox təzyiq altındadır və bəlkə də Ukraynaya raket göndərilməsi ilə bağlı müzakirəni dayandırmaq istəyir. Amma əgər amerikalılar öz ATACMS raketlərinin tədarükü üçün yaşıl işıq yandırsalar, onda bəlkə də Şolts "Taurus"ları tədarük etməyə razılaşar", deyə Strak-Zimmerman bildirib.
Bildirilir ki, Ukraynanın əks-hücumunun yavaş-yavaş irəliləməsi, İngiltərə və Fransanın artıq Kiyevə uzaqmənzilli raketlər göndərməsi fonunda, "Taurus"un Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi üçün Almaniyaya təzyiqlər artır.
"Co Bayden administrasiyası Vaşinqtonun ATACMS-i Ukraynaya ötürməsi ilə bağlı açıqlama verməyib, lakin Avropadakı bir çox hərbi ekspertlər və rəsmilər belə bir qərar gözləyirlər", NYT yazır.
Samir