Rusiya Federasiyası Ukraynada korrupsiya ilə bağlı saxta məlumatlar yayır ki, ölkə Qərbdən dəstəyi itirsin.
HİT.az xəbər verir ki, bu barədə Volodimir Zelenski danışıb.
“Bu, Rusiyanın korrupsiya ilə bağlı məşhur hekayəsidir. Onlar başa düşürlər ki, Avropanın ümumi birliyini və Ukraynaya dəstəyi parçalaya bilməzlər”, deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Ukraynanın tərəfdaşlarından bir dollar da oğurlanmayıb.
Zelenski Ukraynanın korrupsiyaya görə Avropa İttifaqına üzv ola bilməyəcəyini deyən Avropa Komissiyasının keçmiş rəhbəri Jan-Klod Yunkeri də Rusiya təbliğatında ittiham edib.
Samir