London Kraliça Meri Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, soyuqdəymə “uzun COVID” kimi tanınan post-koronavirus sindromunun təsirlərinə bənzər uzunmüddətli fəsadlara səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "The Lancet eClinicalMedicine" elmi jurnalı yazır.
Mütəxəssislər 10,1 mindən çox xəstənin məlumatlarını tədqiq edərək belə qənaətə gəliblər ki, kəskin respirator virus infeksiyalarından sağalmış insanlar ilkin infeksiyadan dörd həftədən çox müddət sonra öskürək, qarın ağrısı və ishal kimi simptomlar yaşayıblar. Bununla belə, tədqiqat iştirakçılarının COVID-19 testi mənfi çıxıb.
Nəticələr göstərib ki, soyuqdəymə, qrip və koronavirusla əlaqəli olmayan digər kəskin respirator infeksiyalar sağlamlığa uzunmüddətli fəsadlar verə bilər. Bununla belə, elm adamları ARVI-nin uzunmüddətli simptomlarının “uzun COVID” ilə eyni şiddət və müddətə malik olduğuna dair hələ dəlillərə malik deyillər.
“Bu davamlı infeksiyaları diaqnostik testlərin olmaması və mümkün simptomların çoxluğu səbəbindən diaqnoz qoymaq və müalicə etmək çox çətindir. Təkcə koronavirus pandemiyasının uzun müddətində 200-dən çox hadisə araşdırılıb”, deyə tədqiqatın aparıcı müəllifi Julia Vivaldi bildirib.
Alimlər vurğulayıblar ki, xəstələr üçün ən uyğun müalicə və reabilitasiya formasını müəyyən etmək üçün COVID-19 və digər respirator infeksiyaların uzunmüddətli təsirlərinin öyrənilməsini davam etdirmək lazımdır.
Samir