Oslo Universitetinin (Norveç) alimləri müəyyən ediblər ki, meteorit düşməmişdən əvvəl də dinozavrlar bir neçə vulkan fəlakətindən sağ çıxıblar.
HİT.az xəbər verir ki, alimlərin araşdırmasının nəticələri “Science Advances” jurnalında dərc olunub.
Təxminən 66 milyon il əvvəl Yer kürəsində fəlakət baş verib, bunun nəticəsində planetdə heyvan növlərinin 75%-i ölüb. Buna bir neçə hadisə səbəb olub: birincisi asteroidin düşməsi, ikincisi çoxsaylı vulkan püskürməsi. Bu səbəbdən atmosferə tonlarla vulkanik qazlar daxil olub, iqlimi dəyişib.
Bir çox tədqiqatçı dinozavrların meteorit səbəbindən deyil, vulkanlar səbəbindən öldüyünü irəli sürür. Bununla belə, əks fikir də var. Vulkanların rolunu aydınlaşdırmaq üçün müəlliflər həm aşağı Təbaşir-Paleogen sərhədinə (yəni asteroidin təsirindən əvvəl), həm də yuxarıya (təsirdən sonra) aid olan Dekan Formasiyalarından lava nümunələrini tədqiq ediblər.
Müəlliflər belə qənaətə gəliblər ki, təkrar və güclü kükürd emissiyaları asteroid düşməzdən 300-400 min il əvvəl (müxtəlif hissələrdə soyumanın intensivliyi dəyişirib) bütün planetdə bir sıra qısamüddətli vulkanik qışlara səbəb ola bilərdi. Bu qışlar Yerin ekosisteminə mənfi təsir göstərsə də, kütləvi məhvə səbəb ola bilməzdi.
Samir