Fələstin-İsrail müharibəsi nə zaman və hansı tərəfin qələbəsi ilə yekunlaşacaq?

DÜNYA
16:04 / 09.10.2023
928

"Bu münaqişənin necə yekunlaşacağı özü müəmmalıdır".

Bu sözləri Hit.az-a açıqlamasında politoloq Samir Hümbətov Fələstin və İsrail arasında davam edən müharibədən danışarkən deyib. O bildirib ki, tərəflər döyüş vəziyyətini salıb, hər iki tərəfdə aqressiya var:

"Yəqin ki, bu aqressiyanı qısa müddət ərzində yekunlaşdırmaq o qədər də asan məsələ deyil. Hər vəziyyətdə müharibənin yaxın vaxtlarda yekunlaşması mümkün olsa da, uzun zaman sürəcəyi gözlənilir. Tərəflər bir-birinə güzəştə getməyi bacarmırlar. Bu münaqişənin həll olunması üçün də mexanizm ortaya qoyulmayıb. Kimin qalib olacağını isə zaman göstərəcək. 

Dərinliyə getsələr, bu, İsrail-Ərəb müharibəsinə də çevirilə bilər. Onu da deyim ki, müsəlman dövlətlərinin çoxundan da təpkilər gəlməkdədir. Hansının haqlı, hansının haqsız olduğunu ayırd etmək çətindir". 

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı oktyabrın 7-də səhər saatlarında İsrailə raketlərlə hücum edib. Daha sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağında antiterror əməliyyatına başlayıb. Bu gün isə İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Qəzzaya hücuma başladığını açıqlayıb.

Aynur Əli

0