BMT dünyadakı vəziyyəti qiymətləndirdi: "Getdikcə pisləşir"

DÜNYA
17:23 / 09.10.2023
346

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, dünyada vəziyyət ağırdır və getdikcə pisləşir, yardım kampaniyası işçiləri insanlara kömək etmək üçün heç bir siyasi addım atılmadan getdikcə daha çox iş görməli olur.

HİT.az xəbər verir ki, o, hazırda insanların əziyyət çəkdiyini, dünyanın daha çox daha artıq humanitar yardımlara ehtiyac olduğunu, amma siyasi həllər olmadığı halda bunu təkbaşına etməyin mümkünsüzlüyünü bildirib.

Qrandi ölkələri münaqişə və ya təqiblər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan insanların hüquqlarının qorunması ilə razılaşmağa çağırıb.

"BMT-nin Qaçqınlar Agentliyinə indi bəlkə də hər zamankindən daha çox ehtiyac var", deyə Qranadi bildirib.

Samir

0